MM nümayəndə heyəti Avstriyadakı səfirlikdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib - FOTO

21:20 20.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Avstriya Respublikasında rəsmi səfərdədir.

Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İyunun 20-də nümayəndə heyətinin üzvləri Azərbaycanın bu ölkədəki səfirliyinə gəlib, burada səfirlik əməkdaşları üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

Spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri səfirlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, əməkdaşlarla səfirliyin fəaliyyəti barədə söhbətlər aparıblar.

Siyasət rubrikasından digər xəbərlər